Din Haysenin transfer qiyməti bəlli olub

"Bormunt"un ispaniyalı futbolçusu Din Haysen mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az insayder David Ornsteynin məlumatına istinadən xəbər verir ki, "Bormunt" klubu Haysen üçün 50 milyon avro tələb edir.

"Arsenal", "Çelsi", "Liverpul", "Nyukasl Yunayted" və "Tottenhem" 19 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

Qeyd edək ki, Haysen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Onun "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.