Donnaruma fanatlardan şikayətləndi
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, PSJ-"Milan" görüşü ərəfəsində parislilərin qapıçısı Canluigi Donnarumma qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
"Bu qarşılaşma mənim üçün çox həyəcanlı olacaq. Amma, hisslərimə hakim olmalıyam", - deyən təcrübəli qapıçı sabiq komandasına qarşı oyunun maraqlı alınacağını da vurğulayıb.
"Milan" fanatlarının tənqidlərindən narahat olduğunu deyən Donnarumma orada keçirdiyi 8 ildə komandanın uğurları üçün əlindən gələni əsirgəmədiyini bildirib.
Xatırladaq ki, PSJ "Milan" görüşü Bakı vaxtı ilə saat 23-də başlanacaq.