Dümfris "İnter"də qalmaq üçün çırpınır

"İnter"in futbolçusu Denzel Dümfris komandada qalmaq istəyir.

Sportline.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, müdafiəçi yeni müqavilə üçün artıq klub rəhbərliyi ilə danışıqlara başlayıb.

Onun cari müqaviləsinin müddəti gələn ilin yayında yekunlaşacaq.

Denzel Dümfris artıq 2 ildir ki, "İnter"in şərəfini qoruyur.