Dünya çempionatı: Azərbaycan millisi növbəti oyununa çıxacaq

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma Misir ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Milli oktyabrın 31-də Küveytlə qarşılaşacaq.