Dünya çempionu Bastian Şvaynştayqer AVRO 2024-də favoritini açıqlayıb

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayqer AVRO 2024-də çempionluğa əsas namizədin adını çəkib.

Sportline.az xəbər verir ki, Şvaynştayqer "X" sosial şəbəkəsindən etdiyi paylaşımda Fransanın çempion olacağını bildirib.

Xatırladaq ki Fransa seçməsi turnirdə Polşa, Avstriya və Niderlandla eyni qrupda mübarizə aparacaq.

Didier Deşamın rəhbərlik etdiyi komanda ilk oyununu iyunun 17-də Avstriyaya qarşı keçiricək . İyunun 21-də Fransa millisi Niderlandla , 25-də isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, Fransa millisi sonuncu dəfə 2000-ci ildə Avropa Çempionatının qalibi olub.