Dünya çempionu komandasını dəyişir

“Formula 1” üzrə dördqat dünya çempionu Sebastyan Fettel komandasını dəyişəcək.

Soortline.az “Marca”ya istinadən xəbər verir ki, 32 yaşlı almaniyalı pilot 2020-ci il mövsümündə sonra “Ferrari”dən “McLaren”ə keçəcək. Fettelin artıq bunun üçün sözügedən komandaya rəhbərlik edən həmyerlisi Andreas Zaydla müraciət etdiyi bildirilir.

Son mövsümü 5-ci sırada tamamlayan təcrübəli pilotun 1 pillə geridə qaldığı komanda yoldaşı Şarl Leklerlə də münasibətləri qaydasında deyil.

Qeyd edək ki, Fettel 2015-ci ildən “Ferrari”də çıxış etsə də, bu komanda ilə çempion ola bilməyib.