Dzyuba Rusiyaya qoyulan sanksiyalardan danışdı

Rusiyalı futbolçu Artyom Dzyuba Rusiyaya qoyulan sanksiyalardan danışdı.

Sportline.az SE-yə istinadla xəbər verir ki, təcrübəli futbolçu UEFA-nı ədalətli olmağa dəvət edib.

"Futbolumuza qarşı edilənlər qəbuledilməzdir. Başqa vaxt "siyasəti idmana qatmayın" deyirlər. Amma indi özləri bunun əksini edirlər. UEFA-nı ədalətli olmağa çağırıram" - deyə Dzyuba bildirib.