Ebereçi Eze "Kristal Pelas"dan ayrılır

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Ezeni komandasında görmək istəyir.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Kristal Pelas" Ebereçi Eze üçün 60 milyon avro tələb edir.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 7 qol 11 asistlə yadda qalıb.

Qeyd edək ki, Ebereçi Ezenin "Kristal Pelas"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.