Eddi İsrafilov 90 dəqiqə oynadı

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" İspaniya II Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Kadis kollektivi olub.

Qarşılaşma "Alkorkon"un məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

E.İsrafilov meydana start heyətində çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 25 oyundan sonra hesabında 38 xal olan "Alkorkon" 8-ci pillədə qərarlaşıb.