Eddi İsrafilov oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü - Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" İspaniya II Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Ekstremadura" kollektivi olub.

Matç "Alkorkon"un məğlubiyyəti ilə yekunlaşıb - 0:3.

E.İsrafilov 90 dəqiqə meydanda olub. O, 87-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hesabında 34 xal olan "Alkorkon" 5-ci pillədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore