Eddi İsrafilov qırmızı aldı, oyun dayandırıldı

İspaniya Sequndasının 20-ci turundan təxirə salınmış oyun millimizin üzvü Eddi İsrafilov üçün uğursuz alınıb.

Sportline.az xəbər verir ki, “Albasete”nin yarımmüdafiəçisi “Rayo Valyekano” ilə səfər matçında qırmızı vərəqə alıb.

Start heyətində meydana daxil olan Eddi qarşılaşmanın 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bundan başqa qarşılaşma da yarımçıq dayandırılıb. Səbəb isə “Rayo Valyekano” azarkeşlərinin “Albasate”nin hücumçusu Roman Zozulyanı təhqir etməsi olub. Belə ki, yerli fanatlar ilk hissə ərzində dəfələrlə “Zozulya Nazidir” (Nazi - Adolf Hitlerin zamanında faşist Almaniyasına verilən ad idi) deyə qışqırıblar.