Edison Askona: "Məşqlərdə hamı onu qoruyur"

"Inter Mayami" nin yarımmüdafiəçisi Edison Askona Lionel Messini necə qoruduqlarından söz açıb.

Sportline.az İfobae nəşrinə müsahibəsində 36 yaşlı argentinalı ilə məşqlərdə ehtiyyatlı davrandıqlarını deyib: "Hər kəs yaxşı anlayır ki, məşqdə ona zərər verməməlidir. Biz Leoya qarşı müdafiədə olduqca ehtiyatlı oluruq ki, ona xəsarət yetirməyək. Heç kim ona qarşı sərt oynamır". 

Qeyd edək ki, Lionel Messi "Inter Mayami" də keçirdiyi 13 oyunda 12 qol və beş asist müəllifidir.