"Əl-İttifaq" klubu ulduz futbolçunun komandadan ayrılmasına icazə verib

Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunda çıxış edən ingiltərəli yarımmüdafiəçi "Ayaks"a trasnfer olunacaq. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 33 yaşlı futbolçu Cordan Enderson Niderland klubuna keçəcək. Səudiyyə Ərəbistanı klubu futbolçunun komandada xoşbəxt olmadığını bildiyi üçün keçidə icazə verəcəyini bildirib.

"Əl-İttifaq" rəsmiləri Endersonla bağlı açıqlamada :" Cordan burada xoşbəxt deyil. Bunu görmək çox çətin deyil. Başqa kluba keçmək istəyirsə qəbul edirik",-deyiblər. 

Qeyd edək ki, Cordan Enderson bu mövsüm "Liverpul"dan "Əl-İttifaq" klubuna transfer olunmuşdu.