"El-Klasiko"nu "Barselona" qazandı
İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçirilir. SportLine.az xəbər verir ki, finala vəsiqə qazanan ilk komandanın adı "El-Klasiko"da müəyyənləşib.
Kataloniyada rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Real" ümumi hesabdakı üstünlüyü doğma meydanda qoruya bilməyib. "Barselona" ikinci hissədə vurduğu 3 qolla həlledici görüşə vəsiqəni təmin edib.
Qeyd edək ki, digər finalçının adı "Valensiya" - "Betis" duelində müəyyənləşəcək.
28 fevral 2019
İspaniya Kuboku
Yarımfinal (cavab oyunu)
"Real" - "Barselona" - 0:3
QOLLAR: Suarez, 50 (0:1); Varan, 69/a.q. (0:2); Suarez, 73/p. (0:3)