"El-Klasiko"nun başlanma saatı açıqlandı
İspaniya La Liqasında mövsümün ilk "El-Klasiko"sunun vaxtı açıqlanıb.
SportLine.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, əzəli rəqiblər - "Barselona" və "Real" arasında ilk duel "Nou Kamp"da təşkil olunacaq. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:15-də başlanacaq.
Qeyd edək ki, La Liqada 3 turdan sonra "Barselona" və "Real" hərəyə 9 xalla müvafiq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıb.