"El-Klasiko"nun vaxtı açıqlandı
"Real" və "Barselona" komandaları arasında keçiriləcək növbəti duelin vaxtı müəyyənləşib. SportLine.az xəbər verir ki, əzəli rəqiblər La Liqanın II dövrəsi çərçivəsində üz-üzə gələcək.
Oyun martın 2-də təşkil olunacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Qeyd edək ki, I dövrənin ötən ilin oktyabrında keçirilən matçında “Barselona” 5:1 hesabı ilə qalib gəlmişdi.