El-Klasikonun vaxtı açıqlandı

Futbol üzrə İspaniya La Liqasının XXVI turunun "Real Madrid" - "Barselona" görüşünün vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, ilin ilk "El-Klasiko"su martın 1-də, "Santyaqo-Bernabeu" stadionunda olacaq.

Böyük maraqla gözlənilən oyun Bakı vaxtı ilə gecə saat 24:00-da başlanacaq. Komandaların ilk dövrədəki görüşündə hesab açılmayıb.

Qeyd edək ki, hərəyə 40 xalı olan rəqiblər 1-2-ci yerləri bölüşürlər.