Əl Musrati “Qalatasaray”ın tarixinə düşüb

Əl Musrati “Qalatasaray”ın tarixinə düşdü.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki,dünən keçirilən “Beşiktaş”-“Qalatasaray” oyunuda fərqlənən Əl-Musrati “sarı-qırmızılar”ın tarixinə düşüb.

1-ci dəqiqə 29-cu saniyədə fərqlənən liviyalı oyunçu “Qalatasaray”ın “Beşiktaş”a qarşı tarixdəki ən erkən qolun müəllifi olub.

Qeyd edək ki, Musrati 2012-ci ildən sonra “Qalatasaray”a qarşı avtoqola imza atan ilk “Beşiktaş”lı oldu.Sonuncu dəfəbu uğursuzluqla “qara-qartallar”ın portuqaliyalı hücumçusu Huqo Almeyda üzləşmişdi.