Elitada 1 dəqiqə forma geyinən futbolçu 2-ci liqa klubuna transfer olub

Elitada 1 dəqiqə forma geyinən futbolçu Alperen Kuyubaşı "Iğdır" klubuna trasnfer olub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Ankaragücü"nə məxsus olan futbolçu komandada əsas heyətdə yer ala bilmədiyi üçün ayrılmaq qərarına gəlib.

2-ci liqada çıxış edən "Iğdır" klubu Alperen Kuyubaşını icaər əsasında trasnfer edib. 

Qeyd edək ki, Alperen Kuyubaşı bu mövsüm ümumilikdə cəmi 1 dəqiqə forma geyinmək şansı əldə edib.