Elmar Baxşıyev: "Təəssüf ki, imkanlardan yararlana bilmədik"

"Düşünmürəm ki, rəqib bizdən üstün oynadı. Bərabər səviyyəli komandaların qarşılaşması idi. Nəticəyə gəldikdə isə... Sadəcə rəqib yaxaladığı imkanlardan istifadə elədi. Təəssüf ki, biz hələ ki, yaratdıımız təhlükəli vəziyyətlərdən yararlana bilmirik".

Sportline.az xəbər verir ki, bunu 11-ci turun "Qəbələ" - "Neftçi" qarşılaşmasından sonra CBC Sport kanalına aççıqlamasında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev deyib.

Qeyd edək ki, oyun 0-1 hesabı ilə nəticələnib.