Elnur Camalxanov: "Bu ildən yeni bölmələr fəaliyyətə başlayıb"
"Bu ildən Azərbaycan Texniki Universitetin İdman Sarayında yeni bölmələr fəaliyyətə başlayıb".
Bunu Sportline.az saytına açıqlamasında sözügedən idman sarayının direktoru Elnur Camalxanov deyib:
"Sarayımızda mövcud olan boks, sərbəst və yunan-roma güləşi, cüdo, şahmat, stolüstü tennis, basketbol, voleybol, futzal, kikboks, karate idman növlərinin sırasına kapoeyra, break dance, yogo, Qafqaz rəqsləri, idman-bal rəqsləri də əlavə olunub. Sarayda əsasən universitetin tələbələri öz fiziki hazırlıqlarını artırırlar. AzTU-nun tələbələri arasında müxtəlif idman növləri üzrə dünya, Avropa çempionları, müxtəlif beynəlxalq turnirlərin qalibləri var. Ölkəmizdə idmana olan yüksək Dövlət qayğısının nəticəsidir ki, belə uğurlu çıxışlar ildən ilə artır. Sarayımızda fəaliyyət göstərən idman bölmələri tək tələbələr üçün deyil, ətraf ərazidə yaşayan hər kəs üçün açıqdır. Valideynlər övladlarının peşəkar məşqçi-müəllimlərimizə etibar edə bilərlər"