Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək
İyunun 13-14-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
Bu barədə Sportline.az-a federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Yarışda Gürcüstan və Tacikistandan olan idmançıların da iştirakı nəzərdə tutulub.