Emre Belezoğlunun "Ankaragücü" ilə bağlı son qərarı bəlli olub
"Ankaragücü" futbol klubunun baş məşqçisi Emre Belezoğlu azarkeşlərlə görüşüb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı fanatlarla görüş zamanı "2 aydır ki, buradayam və dəstəyinizi daim hiss etmişəm. İndi də bizə dəstək olmağınızı xahiş edirəm. Birliktə gələcək üçün daha ciddi addımlar atmalıyıq",-deyib.
Türkiyə mediasında yayılan xəbərlərə görə isə Emre Belezoğlunun komandadan ayırlacağı gözlənilirdi.
Qeyd edək ki, Emre Belezoğlu bu hadisə ilə bağlı danışarkən üzr istəyib.