Ən bahalı liqalar...
“Transfermarkt” portalı klubların heyətlərinin ümumi dəyərinə görə dünyanın ən bahalı futbol liqalarının siyahısını dərc edib.
Sportline.az xəbər verir ki, siyahıya İngiltərə Premyer Liqası (11,04 milyard avro) başçılıq edir. İkinci yerdə La Liqa (4,77 milyard avro) qərarlaşıb. Siyahıda üçüncü yerdə A seriyasıdır (4,71 milyard avro).
İlk 10-luğa həmçinin Bundesliqa (4,31 milyard avro), Liqa 1 (3,68 milyard avro), Braziliya A Seriyası (1,44 milyard avro), Primeira Liqa (1,35 milyard avro), MLS (1,27 milyard avro), Super Liqa (1,15 milyard avro) daxildir.