Ən heyrətamiz transfer
Luiş Fiqunun 2000-ci ildə "Barselona"dan "Real"a keçidi dünya futbolunun ən heyrətamiz transferi seçilib.
Sportline.az xəbər verir ki, Ingiltərənin məşhur FourFourTwo nəşrinin tərtib etdiyi siyahıya məhz bu transfer başçılıq edir.
İkinci yerdə Sol Kempbellin "Tottenhem"dən "Arsenal"a keçididir.
İlk üçlüyü "Barselona"dan "Pari-Sen-Jermen"ə keçən Neymar qapayır.