Ən yaxşı baş məşqçi açıqlandı
Nüfuzlu nəşrlərdən sayılan "FourFourTwo" dünyanın ən yaxşı klub məşqçiaçıqlayıb.
Sportline.az xəbər verir ki, siyahıya "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola başçılıq edir.
Ikinci yerdə "Liverpul"un baş məşqçisi Yurgen Klopp qərarlaşıb.
Üçüncü pillədə "Real"ın sükanı arxasında olan Karlo Ançelottidir.
İlk "beşlikdə" həmçinin "Arsenal"ın baş məşqçisi Mikel Arteta və "Bavariya"nın çalışdırıcısı Tomas Tuxel yer alır.