Enrike "Milan"la oyun barədə
PSJ-nin çalışdırıcısı Luis Enrike "Milan"la Çempionlar Liqası matçından öncə fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis qrup mərhələsinin 4-cü turundakə oyunla bağlı gözləntilərini UEFA-nın rəsmi saytına danışıb.
“Mən təbiətcə optimistəm. Biz çətin qrupda çox yaxşı komanda ilə oynayırıq. Mən optimistəm, çünki oyunçular yaxşı formadadırlar və yaxşı oynamaq istəyirlər. Necə oynamaq istədiyimiz barədə çox aydın təsəvvürümüz var. Biz topa "Milan"dan daha çox sahib olmaq və daha çox şans yaratmaq istəyirik ”, - UEFA-nın rəsmi saytı Enrikedən sitat gətirib.