Erik Ten Haq istefaya göndərilir

"Mançester Yunayted" rəhbərliyinin Erik Ten Haqla yolları ayrımaq qərarına gəldikləri bildirilib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Çelsi"nin keçmiş baş məşqçisi Qraham Potterlə danışıqlara başlayıb.

Təcrübəli mütəxəssislə razılıq əldə olunuduğu və qış transferi pəncərəsindən sonra komandanı Qraham Potterin çalışdıracağı bildirilib. 

Qeyd edək ki, Qraham Potter daha öncə "Brayton" və " Çelsi" klbublarının baş məşqçisi vəsifəsində çalışıb.