Erik Ten Haq : "Mən heç yerə getmirəm"
"Mançester Yunyated"in baş məşqçisi Eik Ten Haq komandada qalacağını bildirib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, niderlandlı təcrübəli mütəxəssis jurnalistlərlə görüş zamanı : "Qraham Potterlə razılıq əldə olunması xəbərləri tamailə yalandır. Mən rəhbərliklə görüşdüm və uzun müddət birliklə çalışmaq istədiklərini dedilər. Mən heç yerə getmirəm, işimin başındayam",-deyib.
Qeyd edək ki, daha öncə "Mançester Yunayted" rəhbərliyi "Çelsi"nin keçmiş baş məşqçisi Qraham Potterlə razılıq əldə olunduğu bildirmişdi.