Eriksen Niderland nəhənginə transfer olacaq

"Mançester Yunayted" danimarkalı futbolçusu Kristian Eriksen mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "ManUtdMen" nəşrinə istinadən xəbər verir ki, "Ayaks" Erikseni azad agent kimi heyətinə qatacaq.

33 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"lə yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Eriksen cari mövsüm çıxış etdiyi 27 matçda 4 qol və 4 asistlə yadda qalıb.