Ermənini məğlub edən Azərbaycan güləşçisi komandasına kubok qazandırıb

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, Azərbaycan güləşçisi İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb. Milli üzvü 2 çəkidə çıxış edib. O, əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü Abbasovla fransalı Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində Azərbaycanlı idmançının komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, İslam Abbasov Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.