“Everton” əzəli rəqibinə elçi düşüb
“Middlesbro”da icarə əsasında çıxış edən şotlandiyalı futbolçu Ben Doak karyerasını “Everton”da davam etdirə bilər.
Sportline.az “Mirror Football” nəşrinə istinadən xəbər verir ki, “Everton” Ben Doak üçün 25 milyon avro ödəməyə hazırdır.
19 yaşlı vinger müqavilə əsasında “Liverpul” klubuna məxsusdur.
Qeyd edək ki, Ben Doak cari mövsüm çıxış etdiyi 24 matçda 3 qol və 7 asistlə yadda qalıb.