"Everton"un futbolçusu insanları sülhə çağırıb

"Everton"un futbolçusu İdrissa Qeye insanları sülhə çağırıb.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Yaxın Şərqdə münaqişənin bitməyini istəyir.

O, "Kristal Pelas"a (3:2) vurduğu qələbə qolundan sonra X sosial şəbəkəsində yazıb: “Həlledici qolu vurduqdan sonra çox qürur duyuram, lakin dünyada baş verənlərdən çox narahatam. Hər gün münaqişənin qurbanı olan günahsız insanlar iztirab və qorxu içində yaşayırlar. Atəşkəs mütləqdir”.