"Eyüpspor" klubu "Fənərbağça"nın futbolçusunu istəyir

Arda Turanın çalışdırdığı "Eyüpspor" klubu "Fənərbağça"dan Emre Moru istəyib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki. 26 yaşlı cinah hücumçusu üçün "Başakşəhər" klubunun da rəsmi təklif göndərdiyi bildirilib. Emre Mor daha öncə "sarı-lacivərtlər"in rəhbərliyi ilə görüşüb və əsas heyətdə yer ala bilmədiyi üçün komandadan ayrılmaq istədiyini bildirib.

"Fənərbağça" klubu futbolçu üçün gələn təklifləri dəyərləndirəcəyini və Emre Morun transferinə icazə verəcəyini deyib.

Qeyd  edək ki, Emre Mor 2022-ci ildə "Fatih Karagümrük"dən "Fənərbağça"ya transfer olunmuşdu.