F-1 üzrə Azərbaycan Qran prisində qəza

Formula 1 üzrə Azərbaycan Qran Prisində ilk qəza yaşanıb. 

Sportline.az xəbər verir ki, bu gün keçirilən ilk sərbəst yürüş zamanı "Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid divara çırpılıb. 

Onun bolidi trassdan evakuasiya olunub. 

Qeyd edək ki, saat 13:00-da start götürən sərbəst yürüş saat 14:30-da yekunlaşacaq.