Formula 1 üzrə Bəhreyn Qran Prisində iştrak edəcək maşınların təqdimat tarixi bəlli olub

2024-cü ildə Formula 1 üzrə Bəhreyn Qranprisində çıxış edəcək maşınların təqdimat tarixi açıqlanıb.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 10 komanda fevral ayınıın sonunda maşınlarını hazır edəcəklərini və təqdimatda yer alacaqlarını açıqlayıb. Hazırda 3 komandanın təqdimata tam hazır olduğu bildirilib. 

"Red Bull" komandası 2023-cü ildə 21 xal toplayaraq tarixi nəticəyə imza atmışdı. 

Qeyd edək ki, Formula 1 Bəhreyn Qran Prisində "Red Bull", "Mersedes", "Ferrari","MakLaren", "Aston Martin","Alp", "Ulliams", "Alfa Tauri RB", "Steyk" və "Haas" komandaları iştirak edəcək.