Formula 1 fanatlarına şad xəbər

"Formula 1" üzrə Türkiyə Qran-prisi azarkeşlərin iştirakı ilə keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə "Intercity Istanbul Park" trasının baş meneceri Sadi Hezber yerli mətbuata açıqlamasında deyib.

O, biletlərin iyulun 12-də satışa çıxarılacağını bildirib.

Qeyd edək ki Türkiyə Qran-prisi 1 - 3 okyabrda olacaq.