"Fasilədə 5 dəqiqə sükut yarandı"

Qazaxıstan millisinin futbolçusu Nuralı Alip Avropa çempionatının seçmə mərhələsində keçirdikləri son oyundan danışıb.

Sportline.az "Metaratings.ru"ya istinadla xəbər verir ki, "Beşiktaş"ın futbolçusu Finaldiya ilə matçda əzmkar geridönüşü şərh edib.

“Birinci hissədə heç nə alınmadı, hücuma keçmək çətin idi. Soyunub-geyinmə otağına girdik və sadəcə beş dəqiqə sükutla oturduq. Çoxları düşünürdü ki, əgər biz heç nəyi dəyişməsək, qrupdan çıxmaq şansı olmayacaq. Amma sonra məşqçimiz içəri girdi və düzgün sözləri tapdı. Hamımız həyəcanlandıq və biz iki dəfə qol vura bildik”, - "Metaratings.ru" Alipdən sitat gətirib.