"Fatih Karagümrük" baş məşqçi ilə yolları ayırdı

İstanbul təmsilçilərindən olan "Fatih Karagümrük" rəhbərliyi baş məşqçi Alparslan Ərdəmlə yolların ayrıldığını bildirib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi komandanın baş məşqçi sükanına kimi gətiriləcəyi barədə məlumat verməyib.

Qeyd edək ki,  Alparslan Ərdəm "Fatih Karagümrük"lə çıxdığı 15 oyunda 4 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb. Komanda 17 xalla 11-ci pillədə qərarlaşıb.