Federasiyanın baş katibi konsulluğun prezidenti seçildi

Qış İdmanı Növləri Federasiyasının baş katibi Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib

Sportline.az xəbər verir ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyası keçirilib. 

Onlayn formatda təşkil edilən Baş Assambleyada qitə qurumuna seçkilər olub. Səsvermənin nəticələrinə əsasən Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova növbəti 4 il müddətinə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.

Banner