Fələstini dəstəkləyən futbolçu ölkədən qovulmayacaq

“Bavariya”nın futbolçusu Nussair Mazraouininin ölkədən qovulması təhlükəsi var idi.

Sportline.az xəbər verir ki, buna səbəb onun İsrail - Fələstin münaqişəsində Fələstinə dəstək olmaq üçün "Biz birlikdə güclüyük" deyə paylaşım etməsidir.

Almaniyalı deputatlar buna görə də futbolçunun ölkədən deportasiya edilməsini istəyiblər. Amma "Bavariya" rəsmiləri bunun ancaq ağır cinayətlər törətdikdə mümkün olduğunu vurğulayıblar.

Qeyd edək ki, oktyabrın 7-nə keçən gecə İsrail Fələstin tərəfindən Qəzza zolağından raketlərlə atəşə tutulub. Fələstin islamçı HƏMAS hərəkatı hərbi əməliyyatların başladığını elan edib. Buna cavab olaraq İsrail tərəfi də hərbi əməliyyata başlayıb.