Feliks "Atletiko"da qalır
Joao Feliksin "Atletiko"dan gedəcəyi ilə bağlı şaiyələr dolaşmaqdadır.
Sportline.az xəbər verir ki, madridlilərin baş məşqçisi Dieqo Simeone də məsələyə münasibətini bildirib.
Onun sözlərinə görə, Feliks komandadadır və yeni mövsümə hazırlıqda fəal iştirak edir.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.
Qeyd edək ki, portuqaliyalı hücumçu "Xetafe" ilə yoxlama matçında ikinci qolun müəllifi olub.