Feliksdən xoş xəbər

"Atletiko"nun futbolçusu Xoau Feliks komanda ilə məşqlərə başlayıb.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, onun zədəsi və boğazındakı iltihab tam sağalıb.

Qeyd edək ki, portuqaliyalı hücumçu zədə və xəstəlik səbəbindən Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la ilk oyunu (1:0) buraxmışdı.