Felipe Massadan ağır ittiham
Sabiq "Ferrari" pilotu Felipe Massa 2008-ci ildə çempionluq titulundan olduğuna görə hələ də qəzəblidir.
Sportline.az "Motorsport Brazil"ə istinadla xəbər verir ki, Massa buna görə də "Formula 1" və Beynəlxalq Avtomobil Federasiyasına (FIA) qarşı məhkəmə prosesi başlatmağa hazır olduğunu bildirib.
“Biz FİA və "Formula 1"ə məktub göndərmişik və cavabları gözləyirik. Cavablar oktyabrın ortalarına qədər alınmalıdır. Sonra nə edəcəyimizə qərar verəcəyik - məhkəməyə müraciət edirik, ya yox. İndi biz sadəcə olaraq vəziyyətin inkişafını gözləyirik. Dəstəyim var, amma vəziyyət çox çətindir. Çoxları bəzən bu barədə açıq danışmağı sevmirlər. Onlar bu barədə media vasitəsi ilə deyil, üz-üzə danışmağa üstünlük verirlər, mən bunu tam başa düşürəm. Amma bu, mənim ədalət mübarizəmdə qətiyyən heç nəyi dəyişmir.
"Ferrari" dəstəyi? "Ferrari"nin niyə mənim tərəfimdə olmayacağını anlamıram. Axı biz çempionluğu uduzduq, çempionluğu əlimizdən aldılar, məndən də, "Ferrari"dən də. Mən bunu ölkəm, azarkeşlərim, özüm, ailəm, "Ferrari" və onun azarkeşləri üçün edirəm", - o deyib.
Qeyd edək ki, Felipe Massa 2008-ci ildə Sinqapur Qran Prisində Nelsinyo Piketin qəzaya uğramasından sonra FIA və "Formula 1"i biganəlikdə ittiham edib. Belə ki, yarışın ortasında "Renault" sürücüsü avtomobili qəsdən divara çırpıb və bu, komanda yoldaşı Fernando Alonsoya qələbə qazandırıb. Massa təhlükəsizlik maşınının trasa çıxması və uğursuz pit-stopa görə xal qazana bilməyib. O, sırf bu vəziyyətə görə 2008-ci il çempionluğunu əldən verdiyinə inanır.