"Fənərbağça" almaniyalı ulduza elçi düşüb
Məşhur almaniyalı futbolçu Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, mövsümün sonunda "Bavariya"dan ayrılacağı gözlənilən təcrübəli forvard "Fənərbağça"nın hədəfindədir.
Türkiyə mətbuatında yayılan xəbərlərdə istanbulluların artıq bununla bağlı hərəkətə keçdiyi bildirilir.
Komandanın baş məşqçisi Joze Mourinyo da 35 yaşlı hücumçunu sərəncamında görmək niyyətindədir.
Qeyd edək ki, Tomas Müller bu yaxınlardakı açıqlamasında, mövsümün sonunda 11 yaşından formasını geyindiyi "Bavariya"dan ayrılacağını bildirib.