"Fənərbağça" Bodrum səfərində yalnız qalacaq
Bu gün Türkiyə Super Liqasında 29-cu turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" "Bodrumspor"un qonağı olacaq.
İstanbul nəhənginin azarkeşləri cəza səbəbindən komandalarını tribunadan dəstəkləyə bilməyəcəklər.
Bununla yanaşı komandanın 4 futbolçusunun diskvalifikasiya təhlükəsindədir.
Belə ki, Kostiç, İrfan Can Kahveci, Çağlar Söyüncü və Mert Hakan Yaddaşın aktivində 3 sarı vərəqə var.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə 21:30-da başlanacaq.