"Fənərbağça" "Beşiktaş"ın keçmiş futbolçusu ilə razılaşıb
"Fənərbağça" "Beşiktaş"ın keçmiş futbolçusu Sərdar Saatçı ilə razılıq əldə edib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-laivərtlər" hazırda "Braqa" klubunda çıxış edən 20 yaşlı müdafiəçini transfer edirlər.
Sərdar Saatçının Türkiyə klubu "Fənərbağça"ya qatılmaq istədiyi bildirilib.
Qeyd edək ki, Sərdar Saatçı "Braqa" forması ilə çıxdığı 20 oyunda 2 asistlə yadda qalıb.