"Fənərbağça" "Ludoqorets" qarşısına belə çıxacaq

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, 3 oyundan 3 qələbə ilə azarkeşlərini sevindirən "Fənərbağça" bu tur çərçivəsində "Ludoqores"lə qarşılaşacaq.

İstanbul nəhəngi səfər matçına itkilərlə çıxacaq.

Zədəli Bekao, Ciku, Serdar Aziz, Fred, Kinq ve Mert Hakan Yandaş heyətdə yer almayacaq.

UEFA-ya verilən siyahıya adları salınmayan Samet Akaydın, Mert Müldür, Bartuğ Elmaz ve Emre Mor da İstanbulda qalıb.

Baş məşqçi İsmayıl Kartal itkilər səbəbindən U 19 komandasının 5 üzvünü heyətə daxil edib. 

"Ludoqores" - "Fənərbağça" görüşü gecə yarısı başlanacaq.