"Fənərbağça" "Olimpiakos" qarşısına belə çıxacaq

Bu gecə UEFA Konfrans Liqasında 1/2 mərhələsinin iştirakçıları müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, maralı görüşlərdən biri İstanbulda gözlənilir.

11 illik yarımfinal həsrətinə son qoymaq istəyən "Fənərbağça" bu gecə doğma meydanda "Olimpiakos"u qəbul edəcək. “Sarı lacivərdlər" səfərdə 2-3 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədirlər. Amma, son zamanlar uğurlu çıxış edən Olimpiakos"la görüşdə bu heç də asan vəzifə sayılmır. Türkiyə nəhənginin heyətində ciddi itkilər var. Sərdar Aziz, Luan Peres, Mərt Müldür, Ostorvolde və Mərt Hakan Yandaş komandasına kömək edə bilməyəcək. Qonaqlardan isə Fadiqa, Leynder, Retsos zədə üzündən oyunu buramxalı olacaq.

Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Qeyd edək ki, gecənin digər oyunlarında  "Fiorentina” “Viktoriya" ilə, "Lill” “Aston Villa” ilə PAOK isə  “Brügge” ilə münasibətləri aydınlaşdıracaq.