"Fənərbağça"da ciddi itkilər var
Bu gün UEFA Konfrans Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İstanbulda olacaq.
Belçika səfərindən 3-0 hesablı üstünlüklə ayrılan "Fənərbağça" cavab görüşünün də favoriti hesab olunur. "Union Sent Ciluya"nın bu geriliyi aradan qaldırması mümkünsüz olmasa da, inandırıcı da görünmür. Hər halda ilk oyundakı mənzərə bunu deməyə əsas verir.
Hər iki komandanın heyətində ciddi itkilər var. “Fənərbağça”nın heəyitndə zədəli Bonuççi, Coşua Kinq, Kruniç, Luan Peres, Rodriqo Beçao və Çağlar Söyüncü İsmail Kartalın ixtiyarında olmayacaq. Qonaqlarda isə Amoura, Brugiss, Leysen, Makalister, Kevin Rodriges zədə üzündən komandasına kömək edə bilməyəcək.
Bakı vaxtı ilə 21:45 də start götürəcək görüşü monteneqrolu hakimlər briqadasından Nikola Dabanoviç idarə edəcək.